Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər və mediatorlar üçün sosial sığorta haqları artırılır
Bu barədə FED.az-a kollegiyadan məlumat verilib.
İclasda yol verdikləri pozuntulara görə 7 vəkilə xəbərdarlıq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.
Bundan başqa, hakim vəzifəsinə təyin edilən Vəkillər Kollegiyasının 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu, Əliyeva Aytəkin Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər Taleh qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu, Səfərli Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun fəaliyyətlərinə xitam verilib.









