2024-cü il ərzində Azərbaycanda 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.
Qeyd edilib ki, bununla yanaşı, 2 ton 601 kiloqram 980 qram narkotik vasitə, 28 ton 754 kq narkotik xassəli bitki məhv edilib.