Azərbaycanda icra haqqında qanunvericiliyin tələblərini pozan, yəni məhkəmə qərarlarını icra etməyən 3 700-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2 000 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib.
FED.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.
Eləcə də bax: Məmurlar məhkəmə islahatlarını sabotaj edir – EKSPERT
Onun sözlərinə görə, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 340 nəfər barəsində cinayət işi də başlanılıb. Nazir bildirib ki, məhkəmə qərarını icra etməyənlərin ölkədən çıxışına «stop» qoyulması ən təsirli tədbirlərdən biridir. Nazirlik neçə nəfərin ölkədən çıxışına stop qoyulmasını açıqlamayıb, əvəzində bildirib ki, məhkəmə qərarını icra etdiyinə görə, 10 min nəfərin «stop»u götürülüb.