Cari ildə 65 minədək bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.
Eləcə də bax: Bu hərəkətlər dələduzluq deyil - OĞURLUQ HESAB EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun mətbuatda dərc edilən məqaləsində qeyd edilib.
Onlardan 2.500-dən artıq aktın qanunamüvafiq olmadığı müəyyən edilərək ləğv edilib və ya dəyişdirilib. 11 min hektara yaxın qanunsuz verilmiş torpaq sahələri geri qaytarılıb.
Eyni zamanda son iki ildə məhkəmə sistemində kadr korpusundan səmərəli istifadə edilərək rəhbər hakim vəzifələri üzrə 50-dək mühüm təyinatlar aparılıb, 80-dən çox şəxs müxtəlif hakim vəzifələrinə təyin edilib, 40 nəfər isə təyinat ərəfəsindədir. Məhkəmə-Hüquq Şurası tərəfindən 300-dən çox hakimin işi qiymətləndirilib, 30 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilib, onlardan 10 hakimin səlahiyyətlərinə artıq xitam verilib. (Oxu.az)