“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Onu da qeyd edək ki, bu şirkət 2022-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqdadır, 40.9 milyon dollar gəlir gətirməklə siyahıda 2-ci yerdə qərarlaşıb. Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir.