Qazaxıstan şirkətinin ölkəmizdəki filialı barəsində Azərbaycan Mərkəzi Bankı iki cərimə protokolu tərtib edib.
Eləcə də bax: “Bazarstore” - MƏHKƏMƏYƏ VERİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı “KMG Drilling and Services Məhdud Məsuliyyətli Tərəfdaşlığı”nın Azərbaycan Respublikasındakı filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, məhkəməyə göndərib. Məhkəmə işinə Nəsimi Rayon Məhkəməsində baxılır.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
“KMG Drilling and Services” (KazMünayQaz) 2008-ci ildə Qazaxıstanda Xəzər dənizində qazma işlərinin aparılması məqsədi ilə yaradılıb, Azərbaycanda isə 2019-cu ildən filial açıb. Filialın direktoru Aibek Umirov-dur.