“Azəralüminium” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: Tərtərdə kustar qaydada neft çıxarıb satan şəxslər aşkarlanıb - FOTO - VİDEO
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Azəralüminium” “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansındadır. “Azəralüminium” Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə boksit filizindən alüminium-oksid, ilkin alüminium külçə və s. istehsal edir.