Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb.
"Şuşa" restoranının sökülməsinin səbəbi açıqlandı - Qanunsuz özəlləşdirilib
FED.az xəbər verir ki, məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.
Qeyd olunub ki, 2008-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısının göstərişi ilə Fizuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb.
Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.
Məlumata görə, AİHM hələ 2022-ci ildə sözügedən işlə bağlı əksər sakinin hüququnun pozulmasını müəyyən edib və təzminatla bağlı məsələnin həlli üçün vaxt verib.
Beləliklə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.
Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir. (haqqin.az)