Avqust ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.