“Atlant” Əyləncə və İstirahət Mərkəzinin direktoru Tahir Qədəşovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.
Eləcə də bax: TƏCİLİ: «Atlant» istirahət mərkəzi satışa çıxarıldı – QİYMƏT
FED.az xəbər verir ki, sahibkar dövlətə olan borcunu ödəmədiyi üçün onunla bağlı qərar verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində T.Qədəşova qarşı qaldırdığı iddia təmin olunub.
Məlum olub ki, “Atlant”ın sahibi ümumilikdə 18 min manat borcu ödəməkdən yayınıb.
Qeyd edək ki, T.Qədəşov ötən ilin avqustunda karantin qaydalarının pozulmasına şərait yaratdığı üçün polis tərəfindən saxlanılmışdı. Onun qohumu, eyni mərkəzin rəhbərlərindən biri Azər Qədəşov həbs edilmişdi. (Kriminalqafqaz)