Naxçıvanda polis əməkdaşları tərəfindən vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
“TikTok”da işə düzəltmə adıyla 181 nəfəri aldatdı - SAXLANILDI - VİDEO
FED.az xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonu Yengicə kəndində qidaya yararsız at ətinin mal əti adı altında satışını təşkil edən Nizami Babayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs kəndlərindən və ətraf ərazilərdən atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Nizami Babayevin Şərur rayonunun Yengicə kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilərkən qidaya yararsız 105 kq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.