Astarada balıq kombinatından nərə balıqları oğurlanıb.
Körpə nərə balıqlarının ovlanmasını sifariş edən kafe və restoran sahiblərinə - XƏBƏRDARLIQ OLUNDU
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qapıçıməhəllə kəndində yerləşən “Astara FİSH” MMC-yə məxsus ərazisə baş verib. Kombinat ərazisindəki hovuzdan hər birinin dəyəri 100 manat olan 200 ədəd nərə balığı naməlum şəraitdə oğurlanıb.
Şirkət rəhbərliyi hadisə ilə bağlı Astara RPŞ-yə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.