Bütün ASAN xidmət və "ASAN Kommunal" mərkəzlərində" ASAN vəkil büroları" yaradılacaq". FED.az xəbər verir ki, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, ASAN Xidmətlə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanqması zamanı bildirib.
Eləcə də bax: Kapitalı 10 manat olan şirkətdən nə gözləmək olar ki… - MÜSAHİBƏ
A.Bağırov bildirib ki, məqsəd insanlara keyfiyyətli hüquqi yardım göstərilməsidir: "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində hüququ məsləhətlər üçün xüsusi otaqlar ayrılacaq və xidmətlər pulsuz göstəriləcək. Regionlarda buna çox ehtiyac var".
Qeyd edək ki, bu gün ASAN Xidmət-lə Vəkillər Kollegiyası arasında əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərk-əzlərində, habelə səyyar formada hüquqi yardım göstərilməsi ilə bağlı Agentliyin inzibati binasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
ASAN Xidmətin sədri Ülvi Mehdiyev və Vəkillər Kollegiyasının sədri Anar Bağır-ovun imzaladığı sənədə əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və səyyar hüquqi yardım xidmətləri göstəriləcək.
Bura ödənişsiz şifahi hüquqi məsləhətlərin verilməsi, iddia ərizələri və məhkəmə çəkişmələri ilə bağlı digər sənədlərin, dövlət və qeyri-dövlət orqanlarına yazılı müraciətlərin hazırlanması, habelə məhkəmə instansiyalarında təmsilçilik xidmə-tlərinin göstərilməsi təmin ediləcək.
Həmçinin, razılaşmaya əsasən, Dövlət Agentliyinin əməkdaşları və ASAN könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nə-zərdə tutulur.