Məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı prezidentin fərmanı və «Mediasiya haqqında» qanunun qəbul edilməsi məhkəmə sahəsində ciddi islahatların aparılacağına inanmağa ciddi əsas verir. Bu barədə FED.az-a Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov bildirib: «Prezidentin fərmanında müvafiq qurumlara konkret tapşırıqlar verilib və inanıram ki, onların hamısı vaxtında icra olunacaq».
N.Kərimovun sözlərinə görə, məhkəmə sistemində islahatların köklü olacağını gözləyir: «Fərmanı oxuyanda artıq aydın olur ki, bu islahatlar ciddidir, köklüdür və ən yaxın zamanda inanıram ki bu sahədə müsbət dəyişikliklər görəcəyik. Bura ədalət mühakiməsinin təmin edilməsi, inzibatçılıqla müsbət dəyişiklikləri, hakimlərin sosal-təminat poblemlərinin həll olunması aiddir».
Eləcə də bax: Azərbaycanda məhkəmə qərarlarının bir hissəsini – ROBOTLAR VERMƏYƏ BAŞLAYIB
Amcham rəhbəri bildirir ki, islahatların tezliklə aparılacağını gözləyiri: «Biz bu islahatlarla bağlı çox optimistik və artıq gözləyirik ki, ən yaxın zamanda, 2019-cu ildə konkret dəyişikliklər baş verəcək».
Bu dəyişikliklər məhkəmə sisteminin işi ilə yanaşı, məhkəmə sisteminin imicini və ümumilikdə ölkənin imicinin yaxşılaşmasına böyük dəstək olacaq: «Həm məhkəmə sisteminin, həm də Azərbaycanın investisiya yatırmaq üçün ölkə kimi reputasiyasını yaxşılaşdıracaq».
Məhkəmədə gözlənilən dəyişikliklər ölkəyə xarici invesotrların cəlbinə də kömək etməlidir: «Birmənalı olaraq investorlar üçün hüququn aliliyi, effektiv məhkəmə sisteminin olması, investorun mülkiyyət hüququnun qorunması – bundan vacib heç nə ola bilməz. Ona görə də, birmənalı olaraq uğurlu islahatlar nəticəsində biz həm xarici həm də daxili investisiyaların artmasını görəcəyik».