“Araz Supermarket” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: “Araz Supermarket” və “OBA Market”ə - İŞ QALDIRILDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Solmaz Mustafayevadır.
Məlumat üçün bildirək ki, “Araz Supermarket” MMC eyni maddə ilə iyun ayında cərimələnmişdir.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.