“Ermitaj” dövlət muzeyinin rəsmi sahibi olan Peterburqun “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” SC Azərbaycanın “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına $34,425 milyon və 11,249 milyon avro ödəməlidir.
Eləcə də bax: Aqrar Kredit və İnkişaf Agentliyi - AUDİTOR SEÇİB
FED.az xəbər verir ki, Sankt-Peterburqun və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi müvafiq qərar qəbul edib. Bu barədə Biznes Xəbərləri Agentliyi məlumat verir.
“Aqrarkredit” ilə “BBİŞ” arasında mübahisə mövzusu 2014-2016-cı illərdə rəsmiləşdirilən veksellərin ödənilməsi üzrə borc ilə əlaqədardır. Veksellər ilkin olaraq Azərbaycan Beynəlxalq Bankından alınıb, lakin sazişə əsasən borcların alınması ilə “Aqrarkredit” məşğul olur.
Arbitraj Məhkəməsinin materiallarından məlum olur ki, 2017-ci ildə “Aqrarkredit” ilə “BBİŞ” arasında dəbbə pulun ödənilməsinə dair saziş imzalanıb. Bütün məsələlər cəmi 8,6 milyon ABŞ dolları müqabilində həll olunmalı idi, lakin əgər “BBİŞ” bu məbləği 2018-ci il iyunun 1-dək ödəyəcəyi şərti ilə. Lakin, görünür, bu baş vermədiyindən, “Aqrarkredit” Arbitraj Məhkəməsinə müraciət edib.
Əvvəl Aqrarkredit” “BBİŞ”-dən $36 milyon və 11 milyon avro tələb edib.
“BBİŞ”-nin iki təsisçisi var – Malik Babayev və “Stroykorporasiya Oksmi” MMC. MMC-nin yeganə təsisçisi Elşən Babayevdir.
İnterfaks