“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Nazirliyin vəzifəli əməkdaşına cinayət işi açıldı - 395 minlik dələduzluq
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.
A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib. O, həmçinin nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Elə “Azərşəkər” ilə birgə “Dastan Agro”da hazırki cinayət işi üzrə zərərçəkmiş kimi tanınıblar.
***
Xüsusilə ağır cinayət əməllərinə görə Anar Mehdiyevlə birgə Ruslan Ələsgərov və Əvəz Süleymanov da istintaqa cəlb edilib. Onlar da polis nəzarətinə veriliblər.









