Barəsində cinayət işi açılmış və istintaq aparılan “Anadolu Hospital”ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub.
“Neptun”un əməkdaşı - 200 MİNLİK MALI MƏNİMSƏYİB?
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü həkim Sədərək Gömrük Keçid Məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olması bildirilib.
Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A. Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənib. Onunla yanaşı “Anadolu Hospital”ın direktor müavini Kərim Nadirov da dələduzluqda ittiham edilir. Hər iki şəxsin xəstəxanaya işə qəbul adı ilə şəxslərdən pul alıb vədlərinə əməl etməməsi bildirilir.