"Bank VTB Azərbaycan" ASC 2012-2017-ci illərdə "Amrah Sığorta" ASC-nin İdarə Heyətinin sədr müavini olmuş Rəşid Şirazi oğlu Salıfovu məhkəməyə verib.
FED.az xəbər verir ki, "Renkinq" bu barədə Bakı şəhəri Xətai rayon məhkəməsinə istinadən məlumat yayıb.
Məlumata görə, iddiaya səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İşlə bağlı məhkəmə baxışı yanvarın 21-i, saat 16:00-da təyin edilib. Məhkəmə iclasında hakim Şəhriyar Əliyev sədrlik edəcək.
Eləcə də bax: "Bank of Baku"da - YENİ TƏYİNAT