Lənkəranda “Alov-Mühafizə” MMC mühafizə şirkəti 20 min manat cərimələnib.
Eləcə də bax: Nazirlik “Mamedoff“ arağının istehsalçısını - Cərimələdi
Lənkəran rayon prokurorluğundan FED.az-a verilən məlumata görə, şirkət tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə “Alov-Mühafizə” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.