Banner

Hüquq

Ali Məhkəmənin qərarları bir-bir ləğv edilir - YENİ İCLAS

Ali Məhkəmənin qərarları bir-bir ləğv edilir - YENİ İCLAS | FED.az
23:16 4 Avq 2018

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən FED.az-a verilən məlumata görə,  iclasda Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 5 oktyabr tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 2017-ci il 14 fevral tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 2017-ci il 5 oktyabr tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462-ci və 472-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin qərarını ləğv etməsi ilk dəfə deyil. Son bir neçə həftə ərzində KM Ali Məhkəmənin iqtisadi məsələlərlə bağlı bir neçə qərarını ləğv edərək yenidən baxılmağa göndərib. 

Eləcə də bax: Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını - LƏĞB EDİB

Eləcə də bax: «Az İmport» Ali Məhkəməyə qalib gəldi - QƏRARI LƏĞV EDİLƏCƏK 

Digər xəbərlər

Banner