Ali Məhkəmə vətəndaşın tikinti şirkətinə qarşı iddiasını təmin edib.
İnternatda mənimsəmə - Vəzifəli şəxslərə cinayət işi açıldı
FED.az xəbər verir ki, vətəndaş tikinti şirkətlərinin birindən dəyərini tam ödəyərək aldığı mənzilin sahiblik və istifadə hüququnun qeydiyyata alınmasını xahiş etsə də, tikinti şirkəti bundan imtina edib.
Şirkət imtinanın səbəbini çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədinin olmaması ilə əsaslandırıb.
İddiaçı daha sonra məhkəməyə müraciət edərək mənzilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edib. Aşağı instansiya məhkəmələrinin qərarlarından narazı qalan vətəndaş Ali Məhkəməyə müraciət edib və kassasiya şikayəti təmin olunub.
Yəni Apellyasiya Məhkəməsinin 2023-cü il aprelin 7-də çıxardığı qərar ləğv edilib və iş təkrar baxılması üçün geri göndərilib. (Report)