Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Məsud Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.
FED.az xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Eləcə də bax: 4 milyonluq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi - BAŞLAYIR
Qərara görə, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, podoratçı şirkətin rəhbəri olan M.Əhmədov, Cahangir Alışov və digər şəxslərə qarşı ümumilikdə 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət hökmü çıxarıb. M.Əhmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmişlər isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.
Oxu