Alatavada qanunsuz söküntü işləri ilə bağlı başlanan cinayət işinə xitam verilib.
Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxılıb
FED.az xəbər verir ki, bununla bağlı müvafiq qərar verilib.
Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.
Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb. (Apa)