Bakıda tanınmış marketə cərimə protokolu yazılıb.
Eləcə də bax: “Araz Supermarket” - CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, “Al Market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elçin Ağayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. (Report)