“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla manat qiyməti olan əmlakları müsadirə olunub.
«Akkord»un xaricdə yaşayan keçmiş sahibinə cinayət işi açılıb - BAŞ PROKURORLUĞA ÇAĞIRILIB
«İdeal»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunlar aşağıdakılardır:
– Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;
– Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;
– Badamdar qəsəbəsində torpaq sahəsi;
– Yasamal rayonu, Mətbuat prospektində mənzil;
– Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.
İlqar Hacıyevin daha əvvəl iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776.7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda digər torpaq sahəsidir.
İlqar Hacıyevin üzərinə həbs qoyulan əmlakları müsadirə olunub
Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona qiyabi hökm oxunub.











