Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, ötən gün Ağdaş rayon Dəhnəxəlil kəndində fəaliyyət göstərən “Kafkaz” QSC-yə məxsus Beton Zavodunda çalışan fəhlə Hacıyev Mahir Mürsəl oğlunun faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.
Məlumata görə, rayonun Ləki qəsəbə sakini M.Hacıyev Ləki-Qəbələ dəmiryolunun tikintisini həyata keçirən “Kafkaz” QSC-yə məxsus Beton Zavodda qaynaqçı işləyirmiş. Ayın 6-da işə gələn M.Hacıyev işlək vəziyyətdə olan beton qarışdıran qurğunun içərisinə düşərək ölüb.
Meyit daxili və xarici müayinə üçün ekspertizaya göndərilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Oxu