Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
FED.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Eləcə də bax: Azərbaycanda iş adamı «OBA»nın səhvən ödədiyi - 15 MİN MANATI QAYTARMIR
Hökmə əsasən, İ.Həsənli 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş" polis nəzarəti" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib.
Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlığı götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Report