Ağcabədi və Laçın rayonuna yeni prokuror təyin edilib.
FED.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru, İlqar Səadətov isə Laçın rayon prokuroru vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.