Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini təyin edilib.
Eləcə də bax: Maliyyə Nazirliyində - YENİ TƏYİNAT
Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da vəzifəsindən azad olunub.