Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası keçirilib.
Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - RƏİSLƏRİN İFADƏSİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda işin baxışa verilməsi müzakirəyə çıxarılıb.
Müttəhimin vəkili Vüqar Kazımov indiki mərhələdə hər hansı vəsatətlərinin olmadığını deyib. Prokuror seçilmiş qətimkan tədbirinin davam etməsi şərti ilə işin baxışa verilməsini istəyib.
Prosesdə məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan dövlətə dəymiş xüsusilə külli miqdarda ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.Təqsirləndirilən şəxs bu günə kimi ümumi ziyanın cəmi 160 minini ödəyib.
İlk baxış iclası dekabın 20-nə təyin edilib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.