2024-cü ilin I yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib
40 milyon manat ödənilib - 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə
FED.az xəbər verir ki, bunu Baş Prokurorluqda hazırda keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub. 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.