Bu ilin birinci rübündə cinayət yolu ilə şəxslərə vurulmuş 77.668.996 manat maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib.
Nazir vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunaraq bu istiqamətlərdə nəticələrin müsbət olduğunu deyib.