Xəbər verildiyi kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunur.
Eləcə də bax: 7,4 milyonluq qalmaqalla gündəmə gələn Kələntərovlar kimdir? - FOTOLAR - VİDEO
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yayılan xəbərlərdən sonra ailə üzvlərindən biri – Zaur Kələntərli ittihamlara cavab verib.
Z.Kələntərli feysbuk hesabında yazıb ki, vəkillərlə bağladığı sövdələşməyə əsasən bu haqda heç bir məlumat verə bilməz, iş bitdikdən sonra rəsmi və detallı açıqlama verəcək:
“Allaha şükür, həm Kaliforniya, həm də Ohayo ştatlarındakı bütün şirkətlərimiz fəaliyyət göstərir, təsərrüfat layihələri və ev alqı-satqısı davam edir.
Mən sağ-salamatam, azadlıqdayam və qulluğunuzdayam”.
Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü - Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.