Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Eləcə də bax: Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı - FOTOLAR
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.
Bundan başqa, 415 mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yararsız hala düşüb.