Banner

Hüquq

6 hakimin səlahiyyətlərinə xitam verilib - HESABAT

6 hakimin səlahiyyətlərinə xitam verilib - HESABAT | FED.az
16:06 5 Mart 2019

Ötən il Azərbaycanda vətəndaşların haqlı narazılıqlarını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri isə aşağı işə keçirilib.

FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabat bildirilir ki, dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə ardıcıl tədbirlər görülüb. Bu zaman hakimlərin fəaliyyətlərinin prinsipial qiymətləndirilməsinə xüsusi diqqət yetirilib. Beləliklə, səlahiyyət müddəti bitmiş 71 hakimin və 7 məhkəmə sədrinin fəaliyyəti qiymətləndirilib.

Eləcə də bax: Məhkəmələrdə olan 311 min iş geri qaytarılacaq - PROBLEMLİ KREDİTLƏR

Digər xəbərlər

Banner