Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.
Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbli bina və 1592 yaşayış evi yarasız hala düşüb.