Dörd milyon manata yaxın dələduzluqda təqsirləndirilən “Azfen” Birgə Müəssisəsinin rəhbəri Qarayev Nicat Maarif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
FED.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Eləcə də bax: «Gilan Holding» «Azsiğorta»ya görə - MƏHKƏMƏDƏ UDUZDU
Qeyd edək ki, Nicat Qarayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.
İş üzrə ümumilikdə 4 milyon manata yaxın maddi ziyan var.
Eləcə də bax: Məhkəmə “Techno Aqro” şirkətini 42 min dollar - CƏRİMƏLƏDİ
APA