Azərbaycan qanunvericiliyinin Azad İqtisadi Zonaların yaradılmasına uyğunlaşdırılması prosesi başlayıb. FED.az xəbər verir ki, prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklikləri təsdiqləyib.
Qanunlarda aşağıdakı dəyişikliklər edilib:
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 1-ci maddəsinin mətni 1.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
“1.2. Ələt azad iqtisadi zonasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Qanunun tələblərinə uyğun olaraq tənzimlənir.”.
“Məşğulluq haqqında” Qanuna aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:
“2.3. Ələt azad iqtisadi zonasında məşğulluqla bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
“Sosial sığorta haqqında” Qanunun 7-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Əmək Məcəlləsinin 4-cü maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
3 qanun və Əmək Məcəlləsi dəyişdi – FƏRMAN
18:47
28 Yan 2019