Oktyabrın 26-da Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.
Məhkəmə “İdeal”ın keçmiş sahibinin vəsatətini - TƏMİN EDİB
FED.az xəbər verir ki, Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimlərin fəaliyyətinin nəticələrinə də baxılıb.
Bildirilib ki, bu il 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilib.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.
Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.