“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsindəki həbs qərarından narazıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sabiq baş direktor apellyasiya şikayəti verib.
R.İsayev birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti əsasız sayaraq rədd edib, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.
Qeyd edək ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 16 milyon manat hesablanıb.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/