Bakıda qalmaqallı tikinti şirkəti olan “Şans” MTK-dan daha bir vətəndaş şikayətçidir.
Eləcə də bax: “JEK” rəisi və mühasib - 44 Min Manatı Mənimsəyiblər
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, pilot layihə olaraq köhnə binanın yerində tikilən yaşayış kompleksində bir mənzilin iki nəfərə satıldığı iddia olunur.
Vətəndaş Tofiq Hacızadə Nərimanov RPİ-yə müraciət edərək bildirib ki, 2019-cu il avqust ayında “Şans” MTK şirkəti Əliəşrəf Əlizadə küçəsində yerləşən binadan ona 147 min manata satılan mənzili həm də başqa bir şəxsə satıb.
Müraciətlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2017-ci ildə tikintisinə başlanılan binanın 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulsa da, proses 4 il çəkib. Sakinlər bir neçə ay öncə mediaya müraciət edərək evlərin təhvil verilməsinin yubadılmasından narazı olduqlarını bildiriblər.