143 milyonluq mənimsəməyə görə həbs edilən zabitlərdən biri-Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə-xidmət rəisi Sadiq Hacıyevin məhkəmə araşdırması başa çatıb.
"Pulu verirdim, o da məsələləri inspeksiyanın rəisi ilə həll edirdi" - 143 milyon manatlıq mənimsəmə
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən S.Hacıyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. S. Hacıyev dövlətə dəymiş ziyanı ödəmədiyi üçün həbs edilib.