Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin 6 ayında iş planına əsasən 15 qurumda yoxlama aparıb.
FED.az nazirliyə istinadən xəbər verir ki, yoxlamalar ümumilikdə 1 milyard 123 milyon manat vəsaitin istifadəsini əhatə edib.
Həmin təşkilatların 14-də 675 mln. manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb və 1 milyon 150 min manat həcmində artıq və əsassız ödəniş aşkar edilib.
1 təşkilatda isə 448 milyon manatın necə xərcləndiyi araşdırılıb və burada 3 milyon 150 min manatlıq pozuntu tapılıb. Həmin təşkilat Elm və Təhsil Nazirliyinin keçmiş 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi olub. Bu qurumda aşkar edilən pozuntu və yeyintilərlə bağlı iş prokurorluğa göndərilib.
Yoxlama aparılan 15 qurum isə aşağıdakılardır: