Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən 123 şəxs barəsində 54 cinayət işi məhkəmələrə göndərilib.
Eləcə də bax: Keçmiş bank sədrinin Londondakı - ƏMLAKLARI MÜSADİRƏ OLUNACAQ
FED.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.
Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin, o cümlədən Gəncədə iki polis zabitinin qəsdən öldürülməsi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror hadisəsi, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi və sair cinayət işlərinin yüksək peşəkarlıqla istintaqı, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Hesabat dövründə idarənin əməkdaşları tərəfindən 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. İstintaq edilən və məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş 127 milyon manat məbləğində ziyandan 122 milyon manatın və ya 96 faizinin ödətdirilməsi təmin olunub.