“Xüsusi polis qrupları tərəfindən keçirilmiş xüsusi əməliyyat axtarış tədbirləri ilə 161 insan alveri faktı insan alveri məqsədilə qanunsuz hərəkətlərlə əlaqədar aşkarlanıb”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib.
S. Əzimov qeyd edib ki, həmin faktlar üzrə 15 cinayət işi başlanaraq 16 təqsirləndirilən şəxs qismən məsuliyyətə cəlb olunub:
“Ümumilikdə 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmə məsuliyyətinə verilib, 11 nəfər haqqında ittihamedici hökmlər çıxarılıb. 2024-cü ildə insan alveri, əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 nəfər, o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb.
İnformasiya texnologiyaları tətbiqi ilə düzəldilmiş 44 müvafiq fakt da aşkarlanaraq cinayət işi başlanıb. Eyni zamanda aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb”.