Azərbaycanda sement məhsullarının topdan satışını həyata keçirən “Konstromat” ASC 2024-cü ilin ilk yarısında maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri ilin ilk yarısında 18 milyon 740 min manata bərabər olub.
Bu illik müqayisədə 1 milyon 515 min manat və ya 9% artım deməkdir.
Satışın maya dəyəri 14 milyon 969 min manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 389 min manat , başqa sözlə 10% çoxdur.
Beləliklə şirkətin ilin ilk yarısında ümumi mənfəəti 130 min manat və ya 4% artaraq 3 milyon 771 min manata yüksəlib.
Hesabat dövründə şirkətin inzibati xərcləri 262 min manata, marketinq xərcləri 376.,4 min manata bərabər olub. Son bir ildə inzibati xərclər 157,2 min manat və ya 2,5 dəfə, marketinq xərcləri isə 13,6 min manat və ya 3,7% artıb.
Əmək haqqı və sosial xərclər isə 4,3 min manat və ya 2,2% artaraq 189 min manata, qarşılıqlı əməkdaşlıq xərcləri 92,5 min manat və ya 33% artaraq 373 min manata yüksəlib.
ASC-nin əməliyyat mənfəəti isə 174 min manat və ya 6,5% azalaraq 2 milyon 512 min manata düşüb.
"Konstromat" ASC 528,3 min manatlıq mənfəət vergisi ödənişindən sonra ilk yarım ili 2 milyon 113 min manat xalis mənfəətlə tamamlayıb. Mənfəət vergisi xərci ödənişi illik 12,8 min manat və ya 2,4%, xalis mənfəət isə 51 min manat və ya 2,4% aşağı düşüb.
"Konstromat" ASC bu ilin ilk yarısında 11 milyon 739 min manat cəmi aktivlərə, 7 milyon 82 min manata yaxın cəmi öhdəliklərə və 4 milyon 657 min manat cəmi kapitala malik olub.
İllik müqayisə ilə aktivlər 577 min manat və ya 4,7%, öhdəliklər 352 min manat və ya 4,7% , balans kapitalı isə 225 min manat və ya 4,6% artıb.
Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb. "Konstromat” ASC-nin səhmlərinin 100%-i Rasim Naib oğlu Əkbərova məxsusdur. "Konstromat" ASC nin direktoru isə Məlikov Tural Yasin oğludur.