2025-ci il üzrə Laçın və Şabran rayonlarında ictimai iaşə dövriyyəsinin həcmində geriləmə qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əvvəlki illə müqayisədə hər iki rayonda iaşə sektorunun gəlirlərində azalma müşahidə olunur.
Təqdim olunan statistikaya əsasən, Laçın rayonunda iaşə dövriyyəsi 3 milyon 562 min manatdan 725 min manata düşərək 2 milyon 837 min manat, yəni 4,9 dəfə azalıb.
Şabran rayonunda isə bu rəqəm 7 milyon 937 min manatdan 6 milyon 698 min manata enərək 1 milyon 239 min manat, yəni 15,6 faiz geriləyib.











