“DDLAR İnşaat” QSC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, inşaat şirkətinin 2024-cü ildə əsas əməliyyat gəlirləri 12 milyon 167 min manat təşkil edib. Bu da illik müqayisədə 13 milyon 189 min manat və ya təxminən 12 dəfə çoxdur.
Bu dövrdə kommersiya xərcləri 11 milyon 696 min manata, digər xərclər 349 min manata brəabər olub. Kommersiya xərcləri 9 milyon 323 min manat (4,9 dəfə), ümumi xərclər 319 min manat (11,6 dəfə) artıb.
Şirkət ötən ilin sonunda nə xalis mənfəət, nə də xalis zərər edib. Lakin 2023-cü ili 1 milyon 382 min manat xalis zərər ilə bağlamışdı.
Ötən il "DDlar İnşaat" 7 milyon 103 min manat cəmi kapitala, 7 milyon 101 min manat cəmi öhdəliklərə malik olub. Hər iki göstərici illik müqayisədə 1 milyon 480 min manat, başqa sözlə 17,2% azalıb.
Balans kapitalı dəyişməyərək 2 min manat olaraq qalıb.