“Cənub Qaz Dəhlizi”nin bu ilin I yarısı üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, QSC bu ilin ilk yarısında 1 milyard 631 milyon dollar cəmi gəlir əldə edib. 6 ay ərzində QSC-nin gəlirləri 6 ay ərzində 1 milyard 435 milyon dollar və ya 46,8% aşağı düşüb.
Satışın maya dəyəri 365,6 milyon dollara bərabər olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 246,4 min dollar və ya 40% azalma deməkdir.
Beləliklə QSC-nin ümumi mənfəəti 1 milyard 265 milyon dollar təşkil edib. Ümumi mənfəət 6 ay ərzində 1 milyard 189 milyon dollar (48,5%) azalıb.
QSC-nin ümumi və inzibati xərcləri 185,2 milyon milyon dollar, nəqletmə xərcləri 107,8 milyon dollar, digər gəlirləri 35,3 milyon dollar, əməliyyat fəaliyətindən mənfəət 1 milyard 8 milyon dollar, faiz gəlirləri 80,8 milyon dollar, asılı müəssisələrdən gəlirləri 35,4 milyon dollar, maliyyə xərcləri 242,2 milyon dollar, məzənnə fərqindən gəlirləri 6,8 milyon dollar, mənfəət vergisi ödəmələri isə 12,9 milyon dollar təşkil edib.
6 ay ərzində ümumi və inzibati xərclər 180,3 milyon dollar (49,3%), nəqletmə xərcləri 52,5milyon dollar (33%), digər gəlirləri 42,3 milyon dollar (2,1 dəfə), əməliyyat fəaliyətindən mənfəət 1 milyard dollar (2 dəfə), faiz gəlirləri 35,4 milyon dollar (30%), asılı müəssisələrdən gəlirləri 35,8 milyon dollar (2 dəfə), maliyyə xərcləri 319 milyon dollar (2,3 dəfə) azalıb, məzənnə fərqindən gəlirləri 5,1 milyon dollar (4 dəfə) artıb, mənfəət vergisi ödəmələri isə 343,4 milyon dollar (27,6 dəfə) azalıb.
“Cənub Qaz Dəhlizi”nin bu ilin I yarısını 901,2 milyon dollar xalis mənfəətlə tamamlayıb. Ötən ilin sonunu isə 1 milyard 278 milyon dollar xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, QSC-nin xalis mənfəəti 6 ay ərzində 376,8 milyon dollar, başqa sözlə 29,5% azalıb.
Şirkətin ilk yarımildə aktivləri 14 milyard 749 milyon dollar təşkil edib. Akitvlər ötən ilin sonu ilə müqayisədə 417 milyon dollara yaxın, yəni 2,7% azalıb.
QSC-nin öhdəlikləri 730 milyon dollar (8,9%) azalaraq 7 milyard 467 milyon dollara yüksəlib.
Balans kapitalı 7 milyard 282 milyon dollar təşkil edib ki, bu da 313 milyon dollar və ya 4,5% artım deməkdir.